“Solid Legal” Şirkəti

Xaricdə şirkət təsisi

Xaricdə şirkət təsisi

“Solid Legal” hüquq şirkəti İsveçrə, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir sıra xarici ölkələrdə yerli qanunvericiliyə uyğun şirkət təsisi və hüquqi müşayiət xidmətləri təqdim edir. Xaricdə biznes qurmaq istəyən sahibkarlar və investorlar üçün hüquqi və inzibati proseslərin tam şəkildə icrasını həyata keçiririk.

Təklif etdiyimiz xidmətlərə daxildir:

Müştərinin fəaliyyət istiqaməti, vergi yükü, bank imkanları və digər məqsədlərinə uyğun olaraq ən səmərəli ölkə və təşkilati-hüquqi forma (LLC, FZ-LLC, AG, s.r.o., branch və s.) seçimi üzrə hüquqi təhlil və tövsiyələr veririk.

Xarici ölkənin qanunvericiliyinə uyğun olaraq şirkət nizamnaməsi, təsis sənədləri və digər hüquqi sənədlərin hazırlanması, notarial və apostil prosedurlarının təşkili, lazım olduqda rəsmi tərcümələr təmin olunur.

Tərəfimizdən təmin olunan hüquqi nümayəndəliklə müştərilər şirkətlərini fiziki olaraq həmin ölkəyə getmədən təsis edə bilirlər. Elektron imzalar, nümayəndəlik sənədləri və poçt xidmətləri ilə bütün proseslər məsafədən idarə olunur.

Təsis edilən şirkət üçün müvafiq ölkədə korporativ bank hesablarının açılması, “know-your-customer” (KYC) sənədlərinin hazırlanması və banklarla yazışma proseslərinin idarə olunması bizim tərəfimizdən təmin edilir.

Lisenziyalaşdırılan sahələr üzrə fəaliyyət icazələrinin alınması üçün tələb olunan sənədlərin hazırlanması və hüquqi prosedurların icrası həyata keçirilir.

Şirkət təsis edildikdən sonra da hüquqi müşayiət, hesabatlılıq, vergi planlaşdırılması və korporativ dəyişikliklər üzrə dəstək göstəririk.

“Solid Legal” olaraq məqsədimiz xaricdə şirkət qurmaq istəyən müştərilərimizə qanunvericiliyə uyğun, şəffaf və çevik həllər təqdim etməkdir. Təhlükəsiz beynəlxalq biznes mühiti yaratmaq üçün hüquqi etibarınız bizimlə təmin olunur.