“Solid Legal” hüquq şirkəti 2019-cu ildən etibarən fəaliyyət göstərir və bu müddət ərzində hüquqi xidmətlər sahəsində peşəkar yanaşması, kommersiya təcrübəsi və etibarlı tərəfdaşlıq prinsipi ilə tanınmışdır. Şirkətimizin əsas istiqaməti kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə kənar hüquq və insan resursları (HR) xidmətlərinin göstərilməsidir.
Bundan əlavə, güclü və geniş partnyor şəbəkəmiz vasitəsilə müştərilərimizə audit, mühasibatlıq, vergi planlaşdırılması, biznes analizi və korporativ məsləhət xidmətləri də təklif edirik. Bu yanaşma bizə müştərilərimizin yalnız hüquqi deyil, eyni zamanda bütün əməliyyat və strateji ehtiyaclarına uyğunlaşan kompleks həllər təqdim etməyə imkan verir.
“Solid Legal” 50-dən çox biznesin sıfırdan qurulması və 3000-dən artıq iş yerinin yaradılması üçün tələb olunan bütün hüquqi prosedurların planlaşdırılması və icrası sahəsində real təcrübəyə malikdir. Biznes ideyasının ilkin mərhələdən tam fəaliyyətə hazır formaya gətirilməsi – yəni açar-təslim biznes quruculuğu – şirkətimizin əsas ixtisaslaşma sahələrindəndir. Biz, layihənin hüquqi analizindən başlayaraq, bütün sertifikatların, lisenziyaların və icazələrin alınması, daxili fəaliyyət prosedurlarının hazırlanması və qeydiyyat proseslərinin idarə olunması daxil olmaqla, hərtərəfli hüquqi müşayiət xidməti göstəririk.
Şirkətimizin beynəlxalq yönümlü fəaliyyəti çərçivəsində İsveçrə, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dünyanın 10-dan çox ölkəsində müxtəlif biznes layihələrinin hüquqi təhlilini aparmış, hüquqi nümayəndəliyini təşkil etmiş və xarici bazarlarda müştərilərimizi təmsil etmişik. Eyni zamanda bu ölkələrdə şirkətlərin təsisi, bank hesablarının açılması və korporativ strukturların formalaşdırılması proseslərini də uğurla həyata keçirmişik.
Bizim üçün hər bir müştəri – sadəcə hüquqi məsləhət alan tərəf deyil, gələcək planlarında hüquqi təhlükəsizlik və strateji dəstək axtaran real biznes tərəfdaşıdır. Sizin məsələlərinizə peşəkar hüquq prizmasından baxaraq, optimal və dayanıqlı həllər təqdim etmək “Solid Legal”in əsas missiyasıdır.