“Solid Legal” Şirkəti

0-dan Biznesin qurulması

Daşınmaz Əmlak problemləri

Solid Legal daşınmaz əmlak sahəsində qarşıya çıxan hüquqi məsələlərin həllində ixtisaslaşmış peşəkar hüquq xidmətləri təqdim edir. İstər fiziki şəxslər, istərsə də kommersiya subyektləri üçün daşınmaz əmlakla bağlı mülkiyyət hüququnun müdafiəsi, mübahisələrin həlli və hüquqi sənədləşmə sahəsində etibarlı tərəfdaşıq.

Təklif etdiyimiz əsas xidmətlər bunlardır:

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yaranmış hüquqi maneələrin (çıxarışın alınması, əvvəlki sahiblərlə ziddiyyət, hüququn rədd edilməsi və s.) aradan qaldırılması üçün hüquqi dəstək və dövlət reyestr orqanları ilə yazışmalar.

Mənzil, torpaq sahəsi, ofis və kommersiya obyektlərinin alqı-satqı və icarə əməliyyatlarında iştirak, müvafiq müqavilələrin hazırlanması və hüquqi təhlili.

Tikinti fəaliyyətinə dair icazələrin alınması, podrat müqavilələrinin tərtibi, yaşayış və qeyri-yaşayış sahələrinin istismara qəbul prosesi üzrə hüquqi müşayiət.

Mülkiyyət hüququ, sərhədlərin müəyyən olunması, tikinti qanunsuzluğu və ya icarə mübahisələri ilə bağlı yaranan hüquqi mübahisələrdə məhkəmə və icra orqanlarında təmsilçilik.

Ticarət obyektləri, otellər, biznes mərkəzləri və sənaye sahələri üzrə hüquqi təhlil (due diligence) – mülkiyyət hüququnun təmizliyi, yüklülük, risklər və sənədlərin uyğunluğu.

Solid Legal olaraq məqsədimiz daşınmaz əmlakla bağlı hüquqi problemlərinizin tez, effektiv və qanunvericiliyə uyğun şəkildə həllini təmin etməkdir. Əmlak hüququ sahəsində düzgün hüquqi dəstək, sərvətinizin və biznes maraqlarınızın qorunmasının əsas şərtidir