Solid Legal olaraq biz yalnız hüquqi məsləhətlər vermirik — sizin biznesinizin təhlükəsizliyini, davamlılığını və inkişafını təmin edən real dəyər yaradırıq. Aşağıdakı üstünlüklər bizi digərlərindən fərqləndirir və partnyorlarımızın bizi seçməkdəki əsas səbəbləridir:
Hər hüquqi məsələni yalnız qanuni deyil, eyni zamanda kommersiya baxımından sərfəli və praktik həll etməyə çalışırıq. Hüquqi riskləri yalnız tanımır, onları biznesin inkişafına çevirmək üçün planlı yanaşma tətbiq edirik.
Hüquq, HR, mühasibatlıq, vergi və strukturlaşdırma üzrə kompleks xidmət göstəririk. Hüquqi və maliyyə proseslərini bir mərkəzdə birləşdirərək əlavə mütəxəssis ehtiyacını aradan qaldırırıq.
İsveçrə, Çexiya, BƏƏ və digər ölkələrdə şirkətlərin qurulması və hüquqi müşayiəti sahəsində təcrübəmizlə yerli və qlobal səviyyədə fəaliyyətinizi hüquqi cəhətdən dəstəkləyirik.
Sıfırdan tam hazır vəziyyətə qədər bizneslərin qurulması üzrə açar-təslim xidmət modelimiz sahibkarlar və investorlar üçün zaman və resurslara qənaət imkanı yaradır.
Müştəri məlumatlarının məxfiliyi və hüquqi etibarlılıq bizim üçün fundamental dəyərlərdir. Hər bir layihədə etik standartlara və peşə məsuliyyətinə ciddi riayət edirik.
Təkcə sənəd hazırlamırıq – hər məsələyə strateji və analitik baxışla yanaşırıq. Hüquqi diaqnostika, risk xəritələri və hüquqi “roadmap”larla qərarverməni dəstəkləyirik.