“Solid Legal” Şirkəti

Biznes analizi

Biznes analizi

Solid Legal hüquq şirkəti biznes təşəbbüslərinin və mövcud fəaliyyətlərin hüquqi, əməliyyat və maliyyə baxımından dərin analizini həyata keçirir. Məqsədimiz — biznesin risklərini müəyyənləşdirmək, hüquqi çərçivədə daha effektiv və dayanıqlı strukturlar yaratmaqdır.

Biznes analizimiz aşağıdakı istiqamətləri əhatə edir:

Mövcud və planlaşdırılan biznes fəaliyyətlərinin Azərbaycan Respublikasının və ya aidiyyəti ölkənin qanunvericiliyinə uyğunluğu yoxlanılır. Hüquqi boşluqlar və potensial risklər müəyyən edilərək, onların aradan qaldırılması üçün hüquqi tədbirlər təklif olunur.

Şirkətin daxili idarəetmə modeli, təşkilati strukturu, müqavilə şərtləri, tərəfdaşlıq münasibətləri və əmək münasibətləri analiz edilir. Nəticədə daha şəffaf və nəzarət edilə bilən struktur üçün təkliflər hazırlanır.

Fəaliyyət sahəsinin qanunvericiliyə uyğunluğu yoxlanılır və zəruri hallarda alınmalı olan lisenziya, icazə və qeydiyyat prosedurları müəyyən edilir.

Maliyyə axınlarının hüquqi uyğunluğu, vergi yükünün optimallaşdırılması və qanuni vergi planlaşdırılması üzrə tövsiyələr verilir. Şirkətin maliyyə fəaliyyətlərinin hüquqi baxımdan düzgün qurulması təmin olunur.

Analiz nəticəsində hazırlanan hesabat əsasında şirkətin fəaliyyət istiqamətləri, hüquqi yenilənmələr və potensial dəyişikliklər üzrə konkret addımlar (roadmap) təqdim olunur.

Solid Legal tərəfindən aparılan biznes analizi nəticəsində müştərilər qanunvericiliyə tam uyğun, şəffaf və davamlı fəaliyyət mühiti əldə edir. İstər yeni qurulan biznes olsun, istərsə də artıq fəaliyyət göstərən müəssisə – doğru hüquqi baxışla daha sağlam idarəetmə mümkündür.