“Solid Legal” Şirkəti

0-dan Biznesin qurulması

0-dan Biznesin qurulması

Solid Legal müştərilərə biznes ideyasının ilkin mərhələsindən başlayaraq, tam fəaliyyətə hazır vəziyyətə gətirilməsinə qədər olan bütün hüquqi və inzibati mərhələlərdə kompleks hüquqi dəstək təqdim edir. Məqsədimiz – biznesinizi sürətli, qanuni və peşəkar şəkildə quraraq sizə açar-təslim həll təqdim etməkdir.

Təklif etdiyimiz xidmətlərə daxildir:

Fəaliyyət sahəsinin yerli və beynəlxalq hüquqi çərçivədə qiymətləndirilməsi, qanuni məhdudiyyətlərin, vergi və lisenziya öhdəliklərinin təhlili, bazar riski və təşkilati forma seçimi üzrə tövsiyələr.

Fərdi və ya ortaq biznes üçün ən optimal təşkilati-hüquqi formanın seçilməsi, nizamnamə və digər təsis sənədlərinin hazırlanması, VÖEN, ASAN imza və digər qeydiyyat prosedurlarının aparılması.

Fəaliyyət növünə görə tələb olunan icazə, sertifikat və lisenziyaların alınması üçün müvafiq dövlət orqanları ilə yazışmaların və sənəd dövriyyəsinin tam idarə olunması.

İşə qəbuldan tutmuş satışa qədər olan bütün əsas iş axınlarının hüquqi tənzimlənməsi üçün daxili prosedur və siyasət sənədlərinin hazırlanması.

Mühasibat uçotunun qurulması, ilkin sənədləşmə sisteminin hazırlanması, vergi öhdəliklərinin düzgün hesablanması və qeydiyyatı.

Korporativ bank hesablarının açılması, möhürlərin hazırlanması, elektron imzaların təmin edilməsi və digər əməliyyatlara dəstək.

Solid Legal olaraq, hüquqi, inzibati və praktiki baxımdan bütün mərhələləri sizin yerinizə həll edərək “açar-təslim” biznes quruculuğu xidməti təqdim edirik. İstər yerli, istərsə də xarici bazarda fəaliyyətə başlamaq üçün doğru hüquqi başlanğıc bizimlə mümkündür.