Spinner

Miqrasiya Hüququ

Hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına gəldiyi andan etibarən miqrasiya qanunvericiliyinə uyğun hərəkət etməlidir. Miqrasiya qanunvericiliyinin şərtlərinin pozulması cərimə, əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması və digər hüquqi nəticələrə səbəb olur. Eyni zamanda miqrasiya qanunvericiliyinin pozulması ilə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə qəbul edilməsi işəgötürənlər barədə ciddi sanksiyaların tətbiqi ilə nəticələnir. Bu məsələlərin həllində də şirkətimiz sizə öz yardımını göstərir.

“Solid Legal” MMC-nin hüquqşunasları miqrasiya hüququ üzrə aşağıdakı xidmətləri göstərirlər:

  • Vizaların alınması və müddətinin uzadılması;

  • Uzunmüddətli vizalar üçün dəvət məktublarının hazırlanması (yalnız müştərilər üçün);

  • İş icazəsi və müvəqqəti yaşamaq üçün icazə; 

  • Daimi yaşamaq üçün icazə və vətəndaşlıq;

  • İkili vətəndaşlıq üzrə məsləhətlər;  

  • Azərbaycana köçmə zamanı nəzərə alınmalı olan məsləhətlərin verilməsi;

  • miqrasiyaya dair sərhəd qaydaları