Spinner

Haqqımızda

“SOLİD LEGAL” MMC

"Bizi fərqli edən şey bizi daha yaxşı edir "

Azərbaycanda biznes mühitinin inkişafı müxtəlif biznes sahələrində keyfiyyətli xidmətlərə ehtiyac yaratmışdır. Xüsusilə də, qlobal şirkətlərlə əməkdaşlıq və qloballaşma nəticəsində baş verən iqtisadi proseslərin birbaşa Azərbaycan iqtisadiyyatına təsiri bu yöndəki xidmətlərin təşkilini zəruriləşdirmişdir. 

“Solid Legal” MMC yerli və xarici sahibkarların hüquqlarının qanuni maraqlarının qorunması üçün hüquq və insan resurslarına dair məsləhətlərin verilməsini peşəkarcasına yerinə yetirən dinamik, gənc, işgüzar komanda təşkil edərək, 2019-ci ildən peşəkar fəaliyyətə başlamışdır.

Missiyamız – devizimizə sadiq qalaraq, münaqişələrdən kənar düşünə bilmək bacarığı ilə daha fərqli və insiativ fikir yürüdərək daxil olduğumuz hər prosedurda əməkdaşlıq etdiyimiz şirkətlərə lazım olan nəticəni daha yaxşı verə bilən bir potensiala malik olmaqdır. 


Hədəfimiz- Azərbaycanda hüquq və insan resursları sahəsində daha etibarlı bir xidmət mərkəzinə, idarəetmə məktəbinə çevrilmək, davamlı inkişafa yönəlmiş insanların tələbatlarını peşəkarlıqla qarşılaya bilən, regionda ən çox seçilib etibar edilən şirkət olmaqla yanaşı, bu sahədə faydalı tərəfdaş kimi etibar qazanaraq fəaliyyət istiqamətlərini digər ölkələrə də yaya bilməkdir. 

Şirkət peşəkar sahədə öz sözünü demiş qabaqcıl şirkətlərlə əməkdaşlıq edərək, hüquq və insan resursları sahəsində uğurlu addımlarla nailiyyətlərə imza atmışdır.

 

Prioritet istiqamətlərimiz: 

  • Bütün növ hüquq xidmətlərinin göstərilməsi

  • Kadr inzibatçılığı xidmətləri

  • Kadr inzibatçılığı auditi